Banner

Əhməd İsmayılov Burhanettin Duranla görüşüb - FOTO

Xəbərlər 19 Dekabr 2025 18:09 Oxunub 134
Əhməd İsmayılov Burhanettin Duranla görüşüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu” çərçivəsində Azərbaycanın Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.

Avtosfer.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında media sahəsində formalaşmış strateji tərəfdaşlığın dezinformasiya ilə mübarizə istiqamətində ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirildiyi vurğulanıb.

Qeyd olunub ki, müasir informasiya mühitində saxta və manipulyativ məzmunların sürətlə yayılması ictimai rəyə və regional sabitliyə ciddi təsir göstərir, bu isə türk dövlətləri arasında koordinasiyalı, institusional və davamlı əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu kontekstdə Türkiyə-Azərbaycan Media Platformasının birgə fəaliyyət, operativ informasiya mübadiləsi və vahid mövqenin formalaşdırılması baxımından effektiv mexanizm olduğu xüsusi olaraq diqqətə çatdırılıb.

Eyni zamanda bildirilib ki, informasiya axınlarının intensivləşdiyi şəraitdə media sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı dialoqun dərinləşdirilməsi və peşəkar əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir. Media və kommunikasiya sahəsində mövcud çağırışların müzakirəsi, praktik həll yollarının müəyyənləşdirilməsi və birgə yanaşmaların formalaşdırılmasının gələcəkdə daha da intensiv şəkildə həyata keçiriləcəyinə əminlik ifadə edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh