Banner

Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanıldı

Xəbərlər 12 Avqust 2025 09:18 Oxunub 636
Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avqustun 4-də və 10-da Şabran rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən iki nəfər müəyyən olunaraq saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Ağaməmməd Heydərov və Abdulla Abdullayev tərəfindən törədildiyi məlum olub.

Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh