Əlahiddə Ümumqoşun Orduda təlimlər davam edir - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Raket və Artilleriya birləşmə, hissə və bölmələrində döyüş hazırlığı üzrə praktiki məşğələlər planına uyğun olaraq poliqon və təlim sahələrində davam etdirilir.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, məşğələlərə özüyeriyən və yedəklənən artilleriya qurğuları, “Qasırğa”, “Smerc”, “Qrad” yaylım atəşli reaktiv sistemlər, minaatan batareyaları və radiolokasiya kəşfiyyat kompleksləri cəlb edilir.
Raket və Artilleriya birləşmə, hissə və bölmələrin hazırlığında əsas diqqət pilotsuz uçuş aparatlarından və qoşun kəşfiyyatı vasitələrindən istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, hədəflərin aşkar edilməsi, atəş tapşırıqlarının yerinə yetirilməsi üzrə şəxsi heyətin praktiki vərdişlərinin artırılmasına yönəldilir.
Keçirilən məşğələlərdə silahlanmada olan pilotsuz uçuş aparatlarını və lazer məsafə ölçənlərini tətbiq etməklə hədəflərin koordinatlarının dəqiq təyin edilməsi atəş tapşırıqlarının effektiv həllində şəxsi heyətin hazırlığına öz müsbət təsirini göstərir.
Raket və Artilleriya birləşmə, hissə və bölmələrin döyüş hazırlığı səviyyəsi, atəş və atəşin idarə olunmasına və nəzarət kompleks məşğələlərində batareya və divizion tərkibində yoxlanılaraq qiymətləndirilir.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











