Banner

Əlahiddə Ümumqoşun Ordunun minaatan bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir - FOTO - VİDEO

Xəbərlər 20 Avqust 2021 18:46 Oxunub 1464
Əlahiddə Ümumqoşun Ordunun minaatan bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gənc heyətlərə müxtəlif çaplı minaatanların təyinatı və taktiki-texniki göstəriciləri haqqında ümumi məlumat verilən məşğələlərdə minaatan heyətlərinin ixtisas hazırlığı artırılır və döyüş vərdişləri təkmilləşdirilir.

Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, məşğələlərdə bölmələrin atəş mövqelərini və komanda müşahidə məntəqələrini tutması, minaatan qurğularının döyüşə və səfərə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması məşq etdirilir.

Şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilən məşğələlərdə bölmələr döyüş tətbiqinə hazırlanaraq planlı və plandankənar hədəflərə döyüş atışları icra edirlər.

Minaatan bölmələrində döyüş hazırlığı məşğələləri plana uyğun davam edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh