Banner

Keçmiş məhkum “Kalaşnikov” avtomatını polisə təhvil vermədi, sonra da... - FOTO - VİDEO

Xəbərlər 2 Dekabr 2023 14:11 Oxunub 574
Keçmiş məhkum “Kalaşnikov” avtomatını polisə təhvil vermədi, sonra da...   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü paytaxt sakini Rasim Rəhimov Nizami rayonu ərazisində saxlanılıb.

Həmin şəxsdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahati alınan R.Rəhimov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh