Elektromobil və hibrid avtomobillərin şarj məntəqələrində qanunsuz parklanma - VİDEO

Bu dəfə sürücülər elə digər sürücülərdən narazılıq edirlər.
Avtosfer.az xəbər verir ki, kadrlar paytaxtın Nərimanov rayonunda çəkilib. Əliəşrəf Əlizadə küçəsində yerləşən şarj stansiyası elektromobil sürücüləri üçün əlçatan deyil. Bunun səbəbi isə orada dayanan digər avtomobillərdir.
Sürücülər qaydaları pozaraq, dayanma və durmanın qadağan edildiyi ərazidə avtomobilləri saxlayırlar. Ərazidə yaşayanların sözlərinə görə, bu tez-tez baş verdiyi üçün ciddi narazılığa səbəb olur.
Elektromobil və hibrid avtomobil sürücüləri deyirlər ki, bu, onlar üçün vaxt itkisidir. Onlar əraziyə nəzarətin gücləndirilməsini və qaydaları pozan şəxslərə qarşı tədbirlərin görülməsini istəyirlər.
Bakı Şəhər DYP İdarəsindən bildirilib ki, həmin ərazidə sürücüləri narahat edən məsələ aradan qaldırılıb. Nərimanov RPİ-nin DYP Şöbəsinin əməkdaşları dayanma və durma qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görüblər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










