Əməkdar artist Yadigar Muradov dəfn olundu - YENİLƏNİB

Əməkdar artist Yadigar Muradov dəfn olunub.
Avtosfer.az xəbər verir ki, onun nəşi Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
***12:36
Əməkdar artist Yadigar Muradov ilə Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən vida mərasimi ləğv olunub.
Avtosfer.az xəbər verir ki, onun nəşi dəfn edilməsi üçün Badamdar qəbiristanlığına aparılır.
Qeyd olunub ki, mərhumun ailəsi hava şəraiti ilə əlaqədar vida mərasiminin ləğv olunmasını istəyib.
***10:03
Əməkdar artist Yadigar Muradov ilə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Yadigar Muradovun oğlu Yaşar Muradov məlumat verib.
O bildirib ki, vida mərasimi saat 12:00-da baş tutacaq.
Daha sonra onun nəşi torpağa tapşırılmaq üçün Badamdar qəbiristanlığına aparılacaq.
***09:07
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə əməkdar artist Azad Şükürov öz sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Yadigar Muradov xeyli müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin.
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI










