Əməliyyat zamanı 5 narkokuryer və silahlı şəxs saxlanıldı - FOTO - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan və üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxslərə qarşı əməliyyatlar son bir ay ərzində də davam etdirilib.
Avtosfer.az xəbər verir ki, tədbirlərlə saxlanılan Tehran İsmayılov, Elçin Məmiyev, Yusif Yusifzadə və Məlik Əzimov paytaxt ərazisində narkokuryerlik edən əsas şəxslərdən olublar. Onlardan ümumilikdə 9 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Tədbirlər zamanı saxlanılan digər şəxslərdən isə ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.
Həyata keçirilən digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılan Pərviz İbiyevdən isə 1 ədəd "Makarov" tapançası aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır














