Ən böyük arzusu şəhadət olan şəhidimiz - FOTO - VİDEO

II Qarabağ müharibəsində qanı ilə tarix yazan şəhidlərimizdən biri də Süleymanov Asim Məhərrəm oğludur. O, 18 fevral 2001-ci il tarixində Gəncə şəhərində doğulub.
2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Asim Füzuli, Ağdərə, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
Şəhidimizin anası Rahilə Məmmədova Oxu.Az-a bildirib ki, şəhadətə ucalmaq Asimin uşaqlıq arzusu olub: “O, Gəncə Dövlət Regional Kollecinin tələbəsi idi. Təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollandı. Çalışdım ki, təhsilini bitirdikdən sonra əsgərliyə getsin, lakin Asim razılaşmadı. Dedi ki, vətənə borcumu verib, qayıtmalıyam. Daha sonra təhsilimi davam etdirərəm”.
Qəhrəmanımız dörd noyabr tarixində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəzinə ucalıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Süleymanov Asim Məhərrəm oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bizimlə əlaqə saxlayın
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq










