Banner

Erməni hərbçiləri arasında SİLAHLI İNSİDENT: Ölən var

Xəbərlər 1 Aprel 2023 14:50 Oxunub 1034
Erməni hərbçiləri arasında SİLAHLI İNSİDENT: Ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistan ordusunun hərbi qulluqçuları arasında silahlı insident baş verib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, martın 31-də saat 22:50-də sərhədin cənub-şərq hissəsində, görmə qabiliyyətinin son dərəcə zəif olduğu bir yerdə Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri arasında atışma olub. 

Hadisədən sonra Ermənistan Respublikası Silahlı Qüvvələrinin Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçusu Hraçya Arayeviç Saruxanyanın meyiti tapılıb. Daha bir əsgər yaralanıb, onun həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır. (lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh