Banner

Erməni jurnalist Şuşadakı yeni yolun görüntülərini yaydı - VİDEO

Xəbərlər 26 İyul 2022 15:09 Oxunub 980
Erməni jurnalist Şuşadakı yeni yolun görüntülərini yaydı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Erməni jurnalist Tatul Akopyan Laçın dəhlizinə alternativ olaraq çəkilən yeni yoldan görüntülər dərc edib.
Avtosfer.az xəbər verir ki, erməni jurnalist avtomobili ilə çəkilməkdə olan yolda hərəkət edib və azərbaycanlı inşaatçıları lentə alaraq təəccüblə bu ərazidə Rusiya sülhməramlılarının olmadığını bildirib.
“Azərbaycanlılar və türk şirkətləri yolun Böyük Qaladərəsi kəndi (Şuşa rayonunun kəndi - red.) yaxınlığındakı hissəsinin tikintisini yekunlaşdırır. Onlarla azərbaycanlı maşınlar, inşaatçılar, mühəndislər, sürücülər, asfaltçılar rusların iştirakı olmadan tikinti işləri aparırlar”, - T. Akopyan deyib.

Yeniavaz.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh