Erməniəsilli qadın erməni xalqını Paşinyanın hiyləsinə uymamağa çağırdı - VİDEO

“Xəzər Tv” erməni əsilli Azərbaycan vətəndaşı Alvina Marqusyanın evindən reportaj hazırlayıb. Avtosfer.az xəbər verir ki, o, ölkəmizin Qarabağ uğrunda haqlı savaşını dəstəklədiyini bildirib.
Marqusyan Azərbaycanın bu yolda qalib gələcəyinə inandığını deyib: “Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Bu ölkənin 3 rəngli bayrağı Qarabağın hər yerində dalğalanacaq”.
O, erməni xalqını Nikol Paşinyanın hiyləsinə uymamağa çağırıb: “Mən 60 ildir ki, burda yaşayıram və öz torpağımdır. Allah əsgərlərimizin canını sağ eləsin. Bizim əsgərlərimizə gələn bəla qoy erməni əsgərinə getsin. Paşinyan da gözəl bilir ki, ölkə başçımız da, ordumuz da onlara bir qarış torpaq verməz”,
Marqusyan erməni ordusunun dinc sakinləri hədəf almasını acizlik kimi dəyərləndirib: “O, özünü düşünsə, kasıbları düşünsə, ordunu çıxarıb sülh edər. Paşinyan Hitlerdir. Eşq olsun Azərbaycan ordusuna və Prezidentimizə”.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi











