Ermənistan 6 hərbçisinin öldüyünü ETİRAF ETDİ
Xəbərlər
19 Noyabr 2021 11:28
Oxunub 1130

16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Hadisədən sonra öz itkilərinin sayını gizlədən Ermənistan bu gün onların sayını etiraf edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, erməni tərəfinin 6 itkisi var:
"1990-ci il Baş leytenant Taron Civani Saakyan, 1991-ci il təvəllüdlü kiçik çavuş Merujan Arutyunyan, 1990-cı il təvəllüdlü Qurgen Sarkisyan, 1998-ci il təvəllüdlü kiçik çavuş Artur Martirosyan, 1980-ci il təvəllüdlü DavidAmiryan və həlak olan daha bir əsgərin kimliyi hələ də araşdırılır".
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













