Banner

Ermənistan blokadadan çıxa bimir - ölkəni Rusiya ilə əlaqələndirən dəmir yolu xətti bağlı saxlanılır  - VİDEO

Xəbərlər 1 Noyabr 2022 22:32 Oxunub 934
Ermənistan blokadadan çıxa bimir  - ölkəni Rusiya ilə əlaqələndirən dəmir yolu xətti bağlı saxlanılır   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistan uzun illərdir ki, regionda blokadadan çıxa bilmir. Nəticədə bu ölkənin iqtisadiyyatına milyonlarla dollar dəyərində ziyan dəyir.

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol məhz Gürcüstandan keçən dəmiryolu xəttidir.

Amma bu yol ermənilərin üzünə bağlı qalıb. Bu günlərdə erməni politoloq Andranik Miqranyan bununla Gürcüstanın Ermənistanı cəzalandırdığını bildirərək, həmin xəttin açılması istiqamətində rəsmi Tbilisiyə təzyiq göstərilməsinin vacibliyindən danışıb.

Məsələ ilə bağlı müsahibə verən gürcü politoloq Simon Kopadze bildirib ki, sözügedən dəmiryol xəttinin açılması müzakirə mövzusu ola bilməz.

Siyasi şərhçi Nika Çitadze isə dəmir yolu xəttinin Ermənistan üçün əhəmiyyətindən danışıb. O, dəmir yolu xəttinin bağlı qalmasının Ermənistan iqtisadiyyatına göstərdiyi mənfi təsirə diqqət çəkib.

Qeyd edək ki, sözügedən dəmir yolu xətti Abxaziya ərazisindən keçir.1993-cu ildə Abxaziya işğal edildiyinə görə dəmir yolu xətti də 29 ildir ki, bağlı saxlanılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh