Banner

Ermənistan XİN-dən Azərbaycanla danışıqlar barədə - Açıqlama

Xəbərlər 26 İyun 2025 14:59 Oxunub 328
Ermənistan XİN-dən Azərbaycanla danışıqlar barədə - Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Azərbaycanla danışıqlar davam edir və hələ ki, dalana dirənməyib”.

Avtosfer.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib. 

O əlavə edib ki, iki ölkənin nümayəndələri sülh sazişinin şərtlərini müzakirə etmək üçün yaxın vaxtlarda görüşməyi planlaşdırırlar: “Mən prosesi dalana dirənmiş kimi qiymətləndirməzdim, çünki belə qiymətləndirmə heç bir müzakirənin olmadığı halda mümkündür. Hazırda isə müzakirələr davam edir”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh