Ermənistan Zəngəzur dəhlizinə nəzarətin özəl şirkətə verilməsini istəyir? - RƏSMİ

Xəbərlər 3 Sentyabr 2024 16:07 Oxunub 164
Ermənistan Zəngəzur dəhlizinə nəzarətin özəl şirkətə verilməsini istəyir? - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistan XİN Naxçıvana gedən yola nəzarətin özəl şirkətə verilməsi məsələsinin Azərbaycanla müzakirə olunub-olunmadığını şərh etmir.

Avtosfer.az xəbər verir k, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

“Ermənistan Respublikası suverenliyə, milli yurisdiksiyaya, bərabərlik və qarşılıqlılığa hörmət prinsiplərinə əsaslanaraq regionda kommunikasiyaların açılması ilə bağlı prosesdə konstruktiv şəkildə iştirak edir”, - deyə departament “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib .

Bundan əvvəl politoloq Sergey Melkonyan məlumat vermişdi ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində son görüşdə təhlükəsizlik məsələləri üzrə gələcək kommunikasiyalara nəzarətin beynəlxalq özəl şirkətə verilməsi imkanı müzakirə edilib.

Avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan onun suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət edərək Azərbaycanı Naxçıvanla birləşdirəcək yol verməyə hazırdır.

(aqreqator.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh