Ermənistana göndərilən yüzlərlə rus hərbi maşını İranda boşaldıldı - VİDEO

Xəbərlər 4 Fevral 2021 13:34 Oxunub 2344
Ermənistana göndərilən yüzlərlə rus hərbi maşını İranda boşaldıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bilgili qaynağın GünazTV-ə göndərdiyi məlumatda İranın Ənzəli dəniz limanında çox sayda “Kamaz” markalı rus hərbi maşınının Ermənistana göndərilmək üçün boşaldıldığı görünür. Qaynağın bildirdiyinə görə, bundan başqa İranın Novşəhr dəniz limanında yüzlərlə rus hərbi maşını Nurduz gömrük keçid məntəqəsindən Ermənistana göndərilmək üçün hazırlanıb. Hərbi yük maşınlarında silah sursatın olduğu düşünülür.

Qeyd etmək lazımdır ki, Qarabağda gedən Vətən müharibəsi zamanı İran dayanmadan Ermənistana hərbi logistik dəstək verirdi. Buna etiraz olaraq Güney Azərbaycanın əksər şəhərlərində dəfələrlə etiraz aksiyaları keçirilib. Həmin aksiyalar zamanı Tehran hökumətinin təhlükəsizlik qüvvələri 100-dən çox güney azərbaycanlını vəhşicəsinə döyərək həbs edib.

Ermənistanın məğlubiyyətə uğramasından sonra bir çox İran rəsmiləri açıq şəkildə Ermənistana daha geniş dəstək vermək təklifi ilə çıxış ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh