Ermənistana ölümcül silahların verilməsinin QARŞISI ALINDI - RƏSMİ

Ermənistana ölümcül silah və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, Fransanın birbaşa təhriki ilə 2024-cü ildə Avropa İttifaqı tərəfindən regiona münasibətdə birtərəfli və bölücü xətlərin formalaşmasına hesablanmış fəaliyyətin həyata keçirilməsi səbəbindən qarşılıqlı münasibətlər gərginliklə xarakterizə olunub.
“Hesabat ili ərzində Aİ tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının neytrallaşdırılması istiqamətinda müvafiq işlər görülüb. Aİ-nin Avropa Sülh Mexanizmi (EPF) çərçivəsində Ermənistana yardım göstərməsinin qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirilib, Ermənistanın Aİ xətti ilə hərbiləşdirilməsinin regional sülh və sabitlik üçün fəsadları, Ermənistan-Azərbaycan normallaşma prosesinə mənfi təsiri barəsində tərəfdaşların məlumatlandırılması istiqamətində fəaliyyət davam etdirilib”, - məlumatda qeyd edilib.
Qeyd edilib ki, atılmış addımlar nəticəsində Ermənistana yardımın məzmun və həcminin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olunub:
“Nəticədə, Ermənistana ölümcül silah və texnikanın verilməsinin qarşısı indiki mərhələdə alınıb, bundan əlavə EPF xətti ilə Ermənistana yardım edilməsinə paralel olaraq Azərbaycan tərəfinə humanitar mina təmizləmə fəaliyyəti üçün 10 min avro həcmində vəsaitin verilməsi üzrə anlayış əldə edilib”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










