Ermənistanı qarışdıran “İsgəndər” haqda bilmədiklərimiz - FOTO
Xəbərlər 27 Fevral 2021 14:45 Oxunub 272
Ermənistanı qarışdıran “İsgəndər” haqda bilmədiklərimiz - FOTO

Rusiya hərbi sənayesinin ən son yeniliklərindən olan sistemlərin göstəriciləri

Ermənistanın baş naziri Nikol Paşinyan "İsgəndər" raketlərindən Azərbaycanın işğal altında olmayan ərazisinə atdıqlarını etiraf edib. Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın "İsgəndər" raketindən 44 günlük döyüşlərin 3-4-cü günündə istifadə edilmədiyinə təəccüblənməsinə Nikol Paşinyan 1in.am-a müsahibəsində cavab verib.

"Bu eyham mənə ünvanlanıb. Ancaq düşünürəm ki, iddiaçı cavabını bildiyindən belə suallar verməməlidir. Bəlkə o bu suala cavab versin: Niyə atılan "İsgəndər"lər partlamadı, yaxud məsələn, 10 faizi partladı", - deyə baş nazir sual edib.

Paşinyanın bu açıqlaması Ermənistanın informasiya məkanında "partlayış" effekti verib. Əleyhdarları baş nazirin dolayısı ilə Rusiyanın Ermənistana vaxtı keçmiş silahları satmasını dediyini iddia ediblər. 

Avtosfer.az "Yeni Müsavat"a istinadən bildirir ki, Ermənistanda aranı qatan "İsgəndər" raketləri Rusiya Federasiyasında istehsal olunan operativ-taktiki raket sistemidir. 2006-cı ildə istehsal edilib və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunub. "İsgəndər" raketi kompleksi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. "İsgəndər-M" kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl "Patriot" və "Aegis" hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. "İsgəndər" operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri "İsgəndər-M" raketləridir. "İsgəndər-M" raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Rusiya hərbi sənayesi "İsgəndər-M" raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda "İsgəndər-M" Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks 2 raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. "İsgəndər-M" iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.  Kompleks düşmən qoşunlarının operativ dərinliyində hərbi hissələrini məhv etmək üçün nəzərdə tutulub. Taktiki nüvə silahının çatdırılması vasitəsi ola bilər.

Əsasən reaktiv yaylım atəş sistemləri, uzaqvuran artilleriya, raket komplekslərinin, raketdən və hava hücumundan müdafiə vasitələrinin, komanda məntəqələri və rabitə qovşaqlarının, mülki infrastrukturun vacib obyektlərinin məhvi üçün nəzərdə tutulub.

Döyüş xüsusiyyətləri:

Raketin başlanğıc kütləsi: 3 800 kq

Döyüş başlığının kütləsi: 480 kq

Uzunluğu 7,2 m

www.instagram.com

Learn more

Diametri 920 mm

Raketin başlanğıcdan sonrakı trayektoriyasının hissəsinin sürəti: 2 100 m/s

Hədəfi vurma minimal məsafəsi: 50 km

Hədəfi vurma maksimal məsafəsi: 500/280 km

İstismar müddəti: səhra şəraitində 3 il, ümumilikdə 10 il

Ermənistan 2016-cı ilə qədər "İsgəndər" raket komplekslərinə sahib olmasını gizlətməyə çalışıb. Həmin ilin sentyabrında Yerevanda keçirilən hərbi paradda "İsgəndər" raket kompleksləri nümayiş etdirildi. Ardından Azərbaycanın İsraildən Dəmir Günbəz havadan müdafiə sistemi alması barədə məlumatlar yayılıb. O vaxt Yerevandakı paraddan sonra Azərbaycanın müdafiə naziri bəyan etmişdi ki, yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq Ermənistan ərazisindəki, hədəflərin məhv edilməsinə hazırlıq yüksək səviyyədədir. Nazir xüsusilə vurğulamışdı ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya sistemləri bu tapşırığı yerinə yetirməyə imkan verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh