Ermənistanın Azərbaycanla sərhəddə təxribatının QARŞISI ALINDI - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Heydərabad qəsəbəsində Ermənistan Respublikası ilə sərhəddə açıq ərazidə Ermənistan tərəfindən törədilmiş yanğının baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən, qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən yeddi hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
***11:35
Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi ilə üzbəüz ərazilərdə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən yanğın törədilib.
Avtosfer.az Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistan tərəfinin sərhəddə törətdiyi yanğın hadisəsi ərazidəki texniki-müşahidə vasitələri tərəfindən qeydə alınıb.
Ekologiyanın mühafizəsi və yanğının geniş ərazini əhatə etməməsi məqsədilə əraziyə cəlb edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










