Banner

Ət bahalaşdı - VİDEO

Xəbərlər 19 Fevral 2023 22:05 Oxunub 2114
Ət bahalaşdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın bölgələrində ətin bir kiloqramı  12-13 manatdan 14- 15 manata qalxıb.

Cəlilabaddakı satıcılar bilrdirirlər ki,  bir neçə gündür  bazarda mal və quzu ətinin qiymətində 1 - 2  manat  artım olub.

Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır.

Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəzyyəti  təsərrüfat sahiblərinin diri heyvanı  baha satması ilə əlaqələndirirlər.

Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını  ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh