“Ətraf küçələr asfaltlanıb, bizim küçəyə baxan yoxdur” - ŞİKAYƏT - FOTO

“Küçəmizin yolları bərbad haldadır. Bir az yağış yağan kimi hər yer palçıq olur. Ətraf küçələr asfaltlanıb. Amma bizim küçəyə baxan yoxdur”.
Bu şikayətlə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsinin bir qrup sakini müraciət edib.
Sakinlərin sözlərinə görə, küçənin bu hala düşməsində başqa bir səbəb də var: “Təzəlikcə gəlib kanalizasiya turbalarını da dəyişdilər. Lakin turbaları dəyişərkən qazıdıqları hissələrdə torpaqları hamarlamadılar. Elə olduğu kimi qaldı. Bu da küçəni daha da bərbad hala qoydu. Palçıqdan ayağımızı qapıdan çölə qoya bilmirik”.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 121-125 ünvanlarında küçə kanalizasiya xətləri sıradan çıxdığına görə Rayon Sukanal İdarəsi tərəfindən 25 p/m kanalizasiya xətti yenilənib. Yaxın günlərdə həmin ərazidə asfalt örtüyü bərpa olunacaq”. (qafqazinfo)




Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO











