Banner

Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb - FOTO - VİDEO

Xəbərlər 20 Sentyabr 2024 16:39
Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göyçayda polis əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, görülən tədbirlərlə rayonun Bığır kəndində məişət tullantılarının qalaqlanması faktı aşkarlanıb.

Qeyd olunan ərazinin təmizlənməsi təmin olunub və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilib. 

Həmçinin, məişət tullantılarını urnalardan kənara atan şəxslər müəyyən olunaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.

Oxunub 444
ŞƏRH YAZ
Ad

E-mail

Şərh