Banner

ETSN-in Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı - FOTO

Xəbərlər 27 Yanvar 2026 15:23
ETSN-in Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin direktoru vəzifəsindən azad olunub.

Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin birinci müavini Rəşad İsmayılovun müvafiq əmrilə sözügedən idarənin rəisi Baxışov Elxan Sərxan oğlu öz ərizəsilə vəzifəsindən azad edilib.

Elxan Baxışov

Digər əmrlə, Nəqliyyat İdarəsinin direktoru vəzifəsi müvəqqəti olaraq nazirliyin Texniki təminat şöbəsinin müdiri Nəsib Orucova həvalə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova xəbəri saytımıza təsdiqləyib.

 

Nəsib Orucov

 Qeyd edək ki, Elxan Baxışov 01.06.2022-ci ildə sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmri ilə Nəqliyyat İdarəsinin (Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin) rəisi vəzifəsinə təyin olunmuşdu.

 

Oxunub 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh