Ev alqı-satqısında vətəndaşları aldadan şəxs tutulub - VİDEO
Xəbərlər
5 Oktyabr 2022 17:14
Oxunub 1118
Bakıda “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları aldadan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, daşınmaz əmlak saytlarında “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadaraq “beh” alan 1989-cu il təvəllüdlü Röyal Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib.
Araşdırmalar davam etdirilir.
DİN vətəndaşlara tövsiyə edir ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR