"Evlərimizin altından kanalizasiya suları axır, uşaqlar xəstələnir” - VİDEO

Paytaxtın Yeni Suraxanı qəsəbəsi,Abdulla Şəfiyev küçəsinin sakinləri evlərinin çökməsindən narahatdır.Belə ki, bu küçədə evlərin altından keçən kanalizasiya xətləri çürüyüb, tullantı suları zirzəmilərə dolur.
Avtosfer.az xəbər verir ki, bu barədə sakinlər danışıb.
“Kanalizasiya problemimiz var. 30-40-cı illərdə çəkilən turbalarıdır. Artıq turba yoxdur, evin altı ilə su gedir. Aşağıdakı məhlədə 2 il əvvəl turbaları dəyişdilər, turba çıxmadı”, - deyə, sakinlərdən biri bildirib.
Digər sakinin sözlərinə görə isə, oğlunun evini yeni təmir etdirib və bütün sular hamısı evin altından axır: “O gün gəlib çəkiliş ediblər, deyirlər ki, evin altı 3 metr boşalıb. Kanalizasiya evin altına gedir. Uşaqlar xəstəlik tutur”.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, sözügedən ünvanda xəttin dəyişdirilməsi ilə bağlı müvafiq işlərə başlanılıb və yaxın günlərdə təmir işlərinə start veriləcək.
Daha ətraflı videomaterialda:
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











