“F-16”lar “Su-34”lə yalnız bu cür mübarizə APARA BİLƏR

F-16 təyyarələri cəbhə xəttində idarə olunan bombalarla ukraynalı müdafiəçiləri sıxışdıran Rusiyanın Su-34 bombardmançıları və Su-30SM qırıcıları ilə effektiv mübarizə aparacaq.
Bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko bildirib.
"Əgər F-16-lar döyüşə girməzdən əvvəl müasir effektiv silahlarla bizə təhvil verilsə, biz təhlükəyə məruz qalmadan ruslara qarşı effektiv hərəkət edə bilərik", - ekspert deyib.
Romanenko bildirib ki, düşmənin Su-34 bombardmançıları və Su-30SM çoxməqsədli qırıcıları ilə F-16 duelinin mürəkkəbliyi düşmən təyyarələrinin hansı məsafədə aşkar oluna biləcəyindən və rusların bizim təyyarələrimizi hansı məsafədən görə biləcəyindən asılı olacaq: "Əgər biz F-16-ları alsaq, onların (rusların - red.) radarı maksimum 120-140 km-də işləyəcək, düşmən təyyarələrinin silahlandığı raketlərin uçuş məsafəsi isə əsasən 120 km-dir. Əgər biz ən müasir Amerika raketlərinin ixrac versiyasını əldə etsək, onda biz onları 150-160 km-də vura bilərik". (Axar.az)
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











