Faciə: Onlarla nəqliyyat vasitəsi yeraltı tuneldə su altında qaldı - FOTO - VİDEO

Cənubi Koreyada güclü yağışlardan sonra irimiqyaslı daşqınlar başlayıb.
Daşqınlar 39 nəfərin həyatına son qoyub.
Ölkənin mərkəzi və cənub rayonlarına düşən yağıntı faciəyə səbəb olub. Mərkəzi Çxondju şəhərində yeraltı tuneli su basıb. Nəticədə ondan çox avtomobil və avtobus su altında qalıb, azı 12 nəfər həyatını itirib.
Həmçinin dağ sürüşməsinin tunelin üzərinə düşdüyü faciəvi anların videogörüntüsü yayılıb.
Cənubi Koreya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə daxilində 9 nəfər itkin düşüb və 34 nəfər yaralanıb.
Zərərçəkmiş ərazilərdə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Yoldan müntəzəm istifadə edən bəzi sürücülər hökuməti daşqın proqnozlarına baxmayaraq tunelə girişi qadağan etməməkdə ittiham ediblər.
oxu.az
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











