Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib
Xəbərlər 26 Yanvar 2021 18:20 Oxunub 722
Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi Port Gentil şəhərindən digər yerə gətirilib.

Avtosfer.az bildirir ki, Fərman İsmayılovun nəşi xüsusi təyyarə ilə Qabonun Port Jantil şəhərindən Librevil şəhərinə gətirilib.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh