FHN bu müəssisə və təşkilatlara MÜRACİƏT ETDİ

Fövqəladə Hallar Nazirliyinin radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə deyilir:
“Müasir texnologiyaların tətbiqinin genişlənməsi ilə tibb və sənaye müəssisələrində, habelə elmi-tədqiqat və təhsil ocaqlarında ionlaşdırıcı şüa mənbələrindən (rentgen diaqnostika və terapiya avadanlıqları, müxtəlif növ tədqiqat qurğuları və s.) istifadə halları da artır. Lakin ionlaşdırıcı şüa mənbələrindən müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl edilmədən istifadə son nəticədə insan və ətraf mühit üçün təhlükə mənbəyinə çevrilir.
Təəssüflə qeyd olunmalıdır ki, aparılan araşdırmalar nəticəsində bir sıra hallarda ionlaşdırıcı şüa mənbələrindən qanunvericiliyin, eləcə də müvafiq təhlükəsizlik qaydalarının tələbləri pozulmaqla istismarı hallarına yol verildiyi müəyyən edilib ki, bu da insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli fəsadlar yaradır.
Bununla əlaqədar xatırladırıq ki, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik əsasında tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir. Bu çərçivədə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 nömrəli Fərmanına əsasən, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat, təcrübi-konstruktor işləri, qurğuların tikilməsi, onlar üçün texnoloji avadanlığın layihələşdirilməsi və hazırlanması, radiasiya təhlükəsizliyi vasitələrinin, həmçinin radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, istifadəsi, nəqli və saxlanılması sahəsindəki işlər yalnız xüsusi icazə alınmaqla həyata keçirilir və bu kimi icazələr Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən verilir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi mülkiyyət formasından asılı olmayaraq radioloji fəaliyyətlə məşğul olan bütün müəssisə və təşkilatlara müraciət edərək, ionlaşdırıcı şüa mənbələrindən yalnız qanunvericiliyə uyğun olaraq xüsusi icazə əsasında istifadə edilməsinin tələb olunduğunu xatırladır. Belə icazə almadan radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar”.
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ











