Banner

FHN helikopterləri vəhşi heyvanlara görə havaya qaldırıldı - VİDEO - FOTO

Xəbərlər 27 Fevral 2024 18:08
FHN helikopterləri vəhşi heyvanlara görə havaya qaldırıldı   - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi (FHN), Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.

Bu barədə FHN məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.

Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopterlər vasitəsilə meşə zolaqlarına ümumilikdə 1000 kilometrə yaxın məsafədə 13 min ədəd aldadıcı yem səpilib.

 

Oxunub 844
ŞƏRH YAZ
Ad

E-mail

Şərh