FHN: Kürdə batdığı ehtimal olunan şəxslərin axtarışları davam edir - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Kür çayında batdığı ehtimal olunan 2 nəfərin axtarışı ilə bağlı məlumat yayıb.
FHN-dən Avtosfer.az-a bildirilib ki, yanvarın 31-də FHN-in "112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qayıqla balıq ovuna çıxmış iki nəfər vətəndaşın itkin düşməsi barədə məlumat daxil olub.
1980-ci il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına dair əsaslı şübhələrin olduğu üçün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları ərazidə axtarışlara cəlb olunub.
Dalğıc axtarış qruplarının həyata keçirdiyi ilkin axtarış tədbirləri zamanı çay kənarında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.
Hazırda Kür çayı hövzəsində axtarış zonası genişləndirilib, Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazilərdə axtarışlar intensiv şəkildə davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...










