Banner

FHN məşhur mağazanı bağladı - FOTO - VİDEO

Xəbərlər 11 Yanvar 2023 18:33 Oxunub 1278
FHN məşhur mağazanı bağladı  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırılıb.

FHN Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4 ünvanında yerləşən “Avangard” ayaqqabı mağazasında yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

-  obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

-  obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb;

- anbar otağındakı taxta konstruksiyalar odadavamlı məhlulla  hopdurulmayıb;

- obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin ölçülməsi barədə sənəd təqdim edilməyib;

- obyekt odsöndürən balonlarla təmin olunmayıb;

- mağazanın anbar otaqları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb.

Qeyd olunanları nəzərə alaraq, “Avangard” mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub.

 




ŞƏRH YAZ
Ad

E-mail

Şərh