FHN polkovnikinin Quba arzusu ürəyində qaldı - FOTO

Quba şəhəri, "Qəçrəş yolu" yaşayış massivi ərazisindəki qanunsuz tikintinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, qanunsuz tikintiyə Quba Rayon İcra Hakimiyyəti tərəfindən müdaxilə edilib.
Quba Rayon İcra Hakimiyyəti bu barədə "Unikal"ın sorğusunu təsdiqləyib: "Aşkar edilmiş qanunsuz tikinti ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara məlumat verilib. Nəticədə qanunsuz tikintinin qarşısı alnıb".
Əldə etdiyimiz daha bir məlumata görə, sözügedən qanunsuz tikinti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi polkovnik Rövşən Nəbiyevə məxsus olub.
Belə ki, o, Qəçrəş yolu üzərindəki özünə məxsus olduğu bildirilən 20 sot torpaq sahəsində 3 mərtəbəli qeyri-yaşayış obyekti tikdirmək istəyib.
Qeyd edək ki, Rövşən Nəbiyev bu vəzifəyə ötən ilin iyun ayında gətirilib.
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb










