FHN təlim keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd su hövzələrində müvafiq təhlükəsizliklə bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasedicilərin suda boğulma halları ilə əlaqədar xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlimdə FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin və Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər zərərçəkmişləri “xilas edərək” ilkin yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil veriblər.
Təlim bitdikdən sonra nəticələri təhlil olunub, müvafiq tapşırıqlar verilib.




Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










