FHN və Heydər Əliyev Beynəlxalq Aeroportu birgə təlim keçiriblər - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən birgə xüsusi təlim keçirilib.
FHN-dən verilən xəbərə görə, təlim Heydər Əliyev Beynəlxalq Aeroportunda həyata keçirilən təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması, fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.
Təlim ssenarisinə uyğun olaraq, aeroportun sərnişin və yük terminallarına “partlayıcı maddə”nin yerləşdirilməsi barədə daxil olmuş şərti məlumata əsasən əməliyyat simulyasiya edilib.
Belə ki, terminallarda partlayıcı maddənin yerləşdirilməsi barədə daxil olmuş şərti əməliyyat məlumatı əsasında hadisə yerinə “AZAL” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin xüsusi vasitələrlə təchiz edilmiş əməkdaşları, yanğınsöndürən-xilasedicilərdən ibarət bölmələr, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, xüsusi təlim görmüş itləri və tibbi personal cəlb olunublar.
Ərazidə olan insanlar təhlükəsiz məsafəyə təxliyə olunduqdan sonra xüsusi təlim görmüş itlərlə aparılmış axtarış tədbirləri nəticəsində hava limanının sərnişin və yük terminallarında şərti sahibsiz şübhəli əşya qismində çantalar aşkar edilib. Müayinə nəticəsində çantalarıın içində “partlayıcı maddələr”in olması təsdiqlənib.
Aşkar olunmuş “partlayış təhlükəli əşyalar”ın təhlükəsiz şəraitdə daşınaraq ərazidən kənarlaşdırılması və xüsusi partlayış meydançasında “zərərsizləşdirilməsi” qərara alınıb.
Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











