FHN yanğın təhlükəsizliyi ilə bağlı XƏBƏRDARLIQ ETDİ - VİDEO

"Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, habelə həyata keçirilən müntəzəm nəzarət tədbirlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarına yenə də rast gəlinir. Unutmaq olmaz ki, bu kimi hallar yanğınlara səbəb ola və nəticədə insan həyatı və sağlamlığı üçün təhlükə törədə, dövlət və şəxsi əmlaka ziyan vura bilər".
Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha ticarət müəssisələrinin rəhbərləri və əməkdaşlarına müraciət edərək müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:
"Bu sahədə müəssisələrin kollektivinə metodiki köməklik məqsədilə Nazirlik tərəfindən ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirici videoçarx hazırlanaraq ictimaiyyətin ixtiyarına verilib.
Videoçarxda ticarət müəssisələrinin əməkdaşlarının gündəlik iş fəaliyyətləri zamanı əməl etməli olduqları yanğın təhlükəsizliyi qaydaları öz əksini tapıb. Sadə və asan anlaşılan üslubda hazırlanmış, müvafiq videokadrların müşayiəti ilə təqdim olunan məlumatlar izləyicidə bu sahəyə dair tam təsəvvür formalaşdırır. Videoçarxla Nazirliyin rəsmi internet və sosial şəbəkə səhifələrində tanış olmaq mümkündür.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











