Banner

FHN Zabrat hava limanında təlim keçirib - VİDEO

Xəbərlər 10 Noyabr 2022 15:09 Oxunub 792
FHN Zabrat hava limanında təlim keçirib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taboru Zabrat hava limanında Aviasiya Təhlükəsizlik İdarəsi ilə birlikdə təlim keçirib.

FHN-dən Avtosfer.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd hava limanının təhlükəsizlik xidməti ilə qarşılıqlı fəaliyyətin təşkili, həmçinin Kinoloji taborun xüsusi təlim görmüş itlərinin vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş şərti məlumat əsasında hava limanında ehtimal edilən “partlayıcı maddənin tapılıb zərərsizləşdirilməsi” üçün hadisə yerinə kinoloji qrupun şəxsi heyəti ilə xüsusi təlim görmüş itlər cəlb olunub. Ərazidə olan insanlar təhlükəsiz məsafəyə təxliyə olunduqdan sonra xüsusi təlim görmüş itlərlə əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Əməliyyat zamanı gözləmə zalında və helikopterlərin parklanma meydançasında şərti sahibsiz şübhəli əşya qismində çantalar aşkar edilib. Müayinə nəticəsində çantalarıın içində “partlayıcı maddələr”in olması təsdiqlənib.

Aşkar olunmuş “partlayış təhlükəli əşyalar”ın təhlükəsiz şəraitdə daşınaraq ərazidən kənarlaşdırılması və xüsusi partlayış meydançasında “zərərsizləşdirilməsi” qərara alınıb.

Təlim zamanı qarşıya qoyulmuş tapşırıqlar uğurla icra olunub.

 

FHN Zabrat hava limanında təlim keçirib - VİDEO FHN Zabrat hava limanında təlim keçirib - VİDEO FHN Zabrat hava limanında təlim keçirib - VİDEO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh