FİFA prezidenti Bakıya səfərindən yazdı

Bakıda təşkil olunan COP29-da iştirak edən FİFA prezidenti Canni İnfantio bu haqda fikirlərini bildirib.
Avtosfer.az xəbər verir ki, öz "Instagram" səhifəsində bu haqda yazan FİFA rəhbəri tədbirdə iştirak etməyin şərəfli olduğunu qeyd edib:
"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dünya liderlərinin iqlim dəyişikliyi ilə bağlı həyati vacib qlobal problemi həll etmək üçün bir araya toplaşdıqları COP29-a, gözəl Bakıya dəvət almaq şərəfli idi.
Mən planetimizin, eləcə də futbolun gələcəyini stadionda keçirilən bu konfransda iştirak edən Prezident Əliyev və bir çox dövlət başçıları ilə müzakirə etdim.
Beynəlxalq təşkilat olaraq FİFA ətraf mühitin və iqlimin mühafizəsi üzrə öz məsuliyyətini ciddi qəbul edir. Biz yüksək keyfiyyətli müxtəlif beynəlxalq sertifikatlaşdırılmış layihələrə investisiyalar vasitəsilə iqlimlə bağlı fəaliyyətə dəstək olmaq və töhfə vermək üçün proqramlar hazırlamış və həyata keçirmişik.
Mən daha da məmnun oldum ki, konfransa iştirak edən hər kəsin ümumi məqsədi var idi: uşaqlarımız və onların birgə gələcəyi. FİFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm".
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir










