Formula 1-də təkəri partlayıb yolda qalanlar - Maraqlı VİDEO
Xəbərlər
9 İyun 2021 11:45
Oxunub 1172

Keçən həftə baş tutan Formula 1 Qran Prisi-nin iştirakçılarının qəza görüntüləri sosial mediada yayılıb.
Avtosfer.az bildirir ki, elə yarışın ilk ciddi qəzasını “Aston Martin”nin sürücüsü Lance Stroll edib.
300 km/saat sürətlə hərəkət edən kanadalı yarışçının avtomobili bir anda divara çırpılıb. Qəza zamanı Stroll xəsarət almayıb.
“Red Bull” Racing pilotu Max Verstappen də eyni qəzaya düşüb. Yarışın sonuna qədər beş dövrəni liderliklə tamamlayan hollandiyalı sürücünün maşını pit-leynin girişinin yaxınlığındakı divara çırpılıb. Hər iki avtomobilin qəzası təkərlərin partlaması səbəbindən baş tutub.
Aysel
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













