Fransada Yeni il gecəsi onlarla avtomobil yandırılıb - VİDEO

Xəbərlər 1 Yanvar 2021 14:50 Oxunub 966
Fransada Yeni il gecəsi onlarla avtomobil yandırılıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fransanın Strasburq şəhərində xuliqanlar Yeni il gecəsi otuza yaxın avtomobili yandırıblar.

Bu barədə Avtosfer.az “Figaro” qəzetinə istinadən xəbər verir.

Tvitterdə yayılmış kadrlarda küçədə bir neçə yanan maşın əks olunub. Şəhərdə tətbiq edilən komendant saatı rejiminə baxmayaraq, petardlarn partlayış səslərini eşitmək olar.

Hazırda bir neçə nəfər saxlanılıb.

“Amma ötən illə müqayisədə vəziyyət daha az gərgindir", - polisdəki mənbə “Figaro” qəzetinə deyib.

Elzas regionunun paytaxtında artıq bir neçə ildir qarışıqlıqlar və avtomobillərin yandırılması halları baş verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh