Füzulidə beynəlxalq aeroportun tikintisi sürətləndirilib - VİDEO

İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində beynəlxalq hava limanının yaradılması çərçivəsində minalardan təmizlənmiş ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün işlər aparılır.
Baku TV xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanının uçuş-eniş zolağının uzunluğu üç min metr, eni isə 60 metr olacaq.
Ərazidə hazırda torpaq qatı çıxarılaraq əvəzinə təbii çınqıl materialı döşənir. Daha sonra asfalt örtüyü çəkiləcək. Tikinti işlərinin vaxtında başa çatdırılması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb edilib.
Yeni hava limanının inşası aerovağzal binasının, uçuş-enmə zolağının, perronun, yönəldici yolun, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, radionaviqasiya və meteoroloji avadanlıqların, transformator yarımstansiyalarının, köməkçi binaların, qurğular və xarici mühəndis kommunikasiyalarının tikintisini nəzərdə tutur. İşin təşkili maksimum sürətlə davam etdirilir. İlin sonunadək hava limanının istifadəyə verilməsi nəzərdə tutulur.
Bu ilin sonunadək, üç enmə zolağının və aerodrom hissəsinin tikintisinin başa çatdırılması planlaşdırılır. Yeni hava limanı tikildikdən sonra Bakıdan Füzuliyə təxminən 45 dəqiqəyə təyyarə ilə çatmaq mümkün olacaq.
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO










