Game of Drones: Avstraliya ordusu Qarabağ müharibəsindən dərs alır - FOTO

Xəbərlər 4 Mart 2021 13:11 Oxunub 816
Game of Drones:  Avstraliya ordusu Qarabağ müharibəsindən dərs alır  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avstraliyanın quru qoşunları Türkiyə və Azərbaycanın nümayiş etdirdikləri ucuz pilotsuz uçun aparatların (PUA) yaratdığı təhlükəyə reaksiya vermək üçün yetərincə potensiala malik deyil. Görünür, bu, planlaşdırmanın olmaması yox, qəfil yeni imkanlarla bağlıdır. Bu imkanlar ucuz, effektivdir. Yeni təhdidlərin qarşısını almaq, bölgəmizdə onlara dərhal reaksiya vermək üçün imkanlarımızı dəstəkləməli, inkişaf etdirməli və yeni şərtlərə adaptasiya olunmalıyıq.

Avstraliya Müdafiə Nazirliyinin "The Cove" jurnalında dərc olunmuş "Avstraliya quru qoşunlarını dron zərbələr qarşısında zəifliyi" (Australian Land Force's Vulnerability To Drone Warfare) başlıqlı məqaləsində belə deyilir.

Məqalədə ilk olaraq Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi "Bahar qalxanı" əməliyyatından bəhs olunur: 2020-ci ilin fevralın 27-dən martın 3-dək Türkiyə Suriyanın şimalında suriyalı hərbçilərin üzərinə "Bahar qalxanı" adlı hücuma keçmişdi. Türkiyəli hərbçilər geniş miqyasda artilleriyadan və PUA-ların kütləvi hücumlarından istifadə etdilər ki, bu da Suriya qüvvələri arasında çox böyük itkilərə səbəb oldu. Martın 2-də Türkiyə suriyalıların 2 PUA-sını, 2 təyyarəsini, 8 helikopterini, 135 tankını, 5 hava hücumundan müdafiə sistemini və yüzlərlə nəqliyyat vasitəsini məhv etdiyini bildirdi. Suriya isə Türkiyənin 6 PUA-sını vurduğunu dedi. Döyüşən iki tərəfin itkiləri arasında belə böyük fərqin səbəbləri arasında gözlənilməzlik, təbii ki, əsas amillərdən biri idi. Lakin hər şeyə rəğmən qısamüddətli münaqişə adi silahların və hərbi teznikanın dronların konsentrasiya edilmiş hücum imkanları qarşısında zəif qaldığını göstərdi".

İkinci bariz misal qismində isə 2-ci Qarabağ Müharibəsindən bəhs olunub.

"2020-ci ilin sentyabr-oktyabr aylarında Ermənistanla Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müharibədə oldular. Noyabrın 9-da isə sülh müqaviləsi imzalandı, bölgəyə rusiyalı sülhməramlılar yerləşdi. Üçtərəfli bəyanata qədər Azərbaycan ordusu Türkiyə və İsrail istehsalı olan dronlar vasitəsilə ciddi uğurlara nail olmuşdular. Ermənistan ordusu azsaylı deyildi, tanklardan, özüyeriyən artilleriya qurğularından, PDM-lərdən və s.-dən ibarət, sovet dövründən qalmış mexaniki qüvvələrə malik idilər. Azərbaycan müharibəni istənilən qərbli hərbi ekspertin bələd olduğu, son on ildəki model üzrə apardı. Döyüşlərin ilk həftəsində Azərbaycan ermənilərin 250 ZTR-ni, 250 artilleriya qurğusunu, 130 PDM-ni, 30 hava hücumundan müdafiə sistemini məhv etdi.

Bu, çox böyük rəqəmlərdir. Erməistanın məğlubiyyəti göstərir ki, adi, ənənəvi quru qoşunları PUA-lara qarşı zəifdir.

Türkiyə son hərbi əməliyyatlarında ABŞ-ın "Reaper"inin analoqu olan "TAİ Anka"dan və "Shadow"nun analoqu sayıla biləcək "Bayraktar TB2"dən istifadə edib. İlk baxışdan "Bayraktar TB2" böyük təhlükə mənbəyi deyil: lakin o, kiçik, ucuz və yetərincə effektivdir. Onun raketləri tankları asanlıqla məhv edir.

Azərbaycan müharibədə iki tip PUA-dan istifadə etdi: "Bayraktar TB2" və İsrail istehsalı olan "Harop". Orta kalibrli artilleriya mərmisinə bərabər olan kiçik fuqas bombalı "Harop" yetərincə effektivdir. Bu kamikadze dronu operator idarə edir".

Avstraliyalı hərbi analitiklərin fikrincə, bu dronlardan istifadə məntiqidir. Əvvəla, onlar effektivdir. Sonra da ki mürəkkəb hava hücumundan müdafiə vasitələrindən yayına bilirlər. Belə sistemlərin əsasında bir prinsip var: hərbi təyyarələr yüksək texniki imkanlara malikdir, çox bahalıdır və pilotların ciddi hazırlığını tələb edir. Ona görə də müasir hava hücumundan müdafiə sistemləri bahadır.

Bu səbəbdən də "yer-hava" tipli raketlər çox mürəkkəb və bahadır. Üstəlik, hərbi təyyarədən istifadə etməzdən əvvəl komandanlıq yaxşı götür-qoy etməli, əməliyyata bahalı təyyarələrin cəlb edilməsinin nə qədər zəruri olduğunu hesablamalıdır.

Hərbi təyyarəni ondan dəfələrlə ucuz raketlə vurmaq mümkündürsə, bahalı təyyarənin vurulması bilavasitə bu texnikanın itirilməsi ilə yanaşı, pilotun da itkisi deməkdir.

Avstraliyanın Müdafiə Nazirliyinin analitikləri hesab edirlər ki, ölkənin hava hücumundan müdafiə sistemləri PUA-ların hücumlarından qorunmaq üçün effektiv vasitələra malik deyil.

"Qarabağdakı müharibə və Azərbaycanın PUA-lardan istifadə metodologiyası göstərdi ki, hava hücumundan müdafiə sistemini döyüş dronları vasitəsilə məhv etmək mümkündür. Bundan nəticə çıxarmalı, hava hücumundan müdafiə sistemlərimizi təkmilləşdirməli və yeni çağırışlara uyğunlaşdırmalıyıq", - "The Cove" yazıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh