Gədəbəydə müəllim rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığını iddia edir - VİDEO

Gədəbəy Uşaq İncəsənət Məktəbinin müəllimi Əfsanə Məmmədzadə rəhbərlik tərəfindən psixoloji təzyiqə məruz qaldığını iddia edir.
Avtosfer.az Bakupost.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə bununla bağlı video müraciət paylaşıb. Müəllimin iddiasına görə, məktəbin direktoru vəzifəsini icra edən Aqil Məmmədova rüşvət vermədiyi üçün dəfələrlə işdən çıxarılmaqla hədələnib, qeyri-etik davranışlarla qarşılaşıb:
"Artıq 3 ildir ki, məktəbin direktoru vəzifəsini icra edən Aqil Məmmədov tərəfindən psixoloji təzyiqlərə, əsassız ittiham və böhtanlara məruz qalıram. Rüşvət ödəmədiyim üçün dəfələrlə işdən çıxarılmaqla hədələnir və qeyri-etik davranışlarla qarşılaşıram. Bu məsələ ilə bağlı dəfələrlə Mədəniyyət Nazirliyi və digər hüquq-mühafizə orqanlarına müraciət etsəm də, nəticəsiz qalıb. Hər kəsə məlum olan Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində məsələ ört-basdır edilir. Bununla bağlı sübutlarım da var".
Mədəniyyət Nazirliyinin məsələ ilə bağlı mövqeyi isə fərqlidir. Qurumdan bildirilib ki, müəllimin müraciəti araşdırılıb:
"Əfsanə Məmmədzadə tərəfindən edilən müraciətə aidiyyəti üzrə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində baxılıb. 26 dekabr 2024-cü il tarixində idarənin monitorinq komissiyası tərəfindən aparılmış yoxlama zamanı əməkdaşın bəzi qayda pozuntuları qeydə alınıb və mövcud qaydalara uyğun olaraq intizam tədbiri tətbiq edilib.
Diqqətinizə çatdırırıq ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində mütəmadi monitorinqlər keçirilir və aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür".
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











