Gələn ay Bakıda Rəşt-Astara dəmiryolunun inşa vəziyyəti müzakirə ediləcək - İranlı nazir

Azərbaycan, İran və Rusiya rəsmiləri gələn ay Bakıda Rəşt-Astara dəmir yolu layihəsinin inşa vəziyyətini müzakirə edəcəklər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq bildirib. Onun sözlənrə görə, gələn ay Bakıda Azərbaycan, İran və Rusiya rəsmilərinin görüşü olacaq.
Fərzanə Sadeq bu ilin sonuna qədər Rəşt-Astara dəmir yolu üçün müvafiq torpaq sahələrinin alınması işinin həll olunacağını bildirib:
"Prezident Məsud Pezeşkian dəhliz layihələrini şəxsən izləyir. Buna görə də Proqram və Büdcə Təşkilatının köməyi ilə resurs təminatını prioritet olaraq gündəliyimizə daxil etmişik və cari ilin sonuna qədər lazım olan torpaqların alınması işini tamamlayacağıq".
Nazir əlavə edib ki, Rəşt-Astara dəmir yolu tikintisinin yekunlaşması ilə Hindistandan Danimarkaya qədər nəqliyyat əlaqəsi təmin olunacaq.
Həbs edilən BNA əməkdaşlarından xəbər var - Qərar ləğv edildi
Baş nazirdən yeni QƏRAR
Hərəkətdə olan qatarlara daş atılması ilə bağlı polis profilaktik tədbirlər gördü
Son 10 gündə sərnişin qatarlarına 5 dəfə daş atıldı - FOTOLAR
Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO










