Banner

Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolu genişləndirilir - VİDEO

Xəbərlər 14 İyul 2022 12:18 Oxunub 1270
Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolu genişləndirilir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Tovuz rayonundan keçən hissəsi genişləndirilir. Həmin yol Gəncədən başlayaraq Gürcüstan sərhədinə qədər genişləndirilir.

Avtosfer.az-ın məlumatına görə, əvvəllər iki hərəkət zolağından ibarət olan yol indi 4 hərəkət zolağına çatdırılır. Hazırda işlər 3 hissədə olmaqla, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonları ərazisində aparılır. 1 və 3-cü hissədə tikinti işləri son mərhələdədir. 2-ci hissə üzrə isə torpaq işləri artıq tamamlanıb.

Ümumilikdə, layihəyə əsasən, hazırda qaya dolğusu tikintisi, suötürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri davam etdirilir. Gəncədən başlayaraq Qırmızı körpü sərhəd- keçid məntəqəsinə qədər yolun genişləndirilməsi işləri aparılır.

Hazırda yolda həm də asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh