Banner

Gəncədə ermənilərin dağıtdığı küçələrə yeni su xətləri çəkilir - VİDEO

Xəbərlər 30 Yanvar 2022 16:57 Oxunub 1362
Gəncədə ermənilərin dağıtdığı küçələrə yeni su xətləri çəkilir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncədə Vətən müharibəsi dönəmində zərər görən yaşayış binalarının su sistemi yenidən qurulur. 

Ən çox zərər görən yaşayış massivlərindən biri Muxtar Hacıyev küçəsi olub. Hazırda işlər bu küçədə aparılmaqdadır. Dağıntıya məruz qalan yaşayış binalarının bərpası ilə paralel olaraq əraziyə gedən içməli su və çirkab xətləri də yenidən çəkilir. Layihəyə  uyğun olaraq su xətləri sıfırdan, tamamilə yenidən çəkilir.

İşlərə bir müddətdir başlanılıb. Hazrda su xətlərinin keçdiyi ərazidə qazıntı aparılır.  

Artıq abonentlərin sayı da müəyyənləşib. Təxminən, 40-a yaxın abonentin mənzilinə fərdi qaydada su və kanalizasiya xətləri çəkiləcək. Muxtar Hacıyev küçəsində  220 metr su xəttinin yenilənməsi nəzərdə tutulub. 

Sonrakı mərhələlərdə raket zərbəsinə məruz qalan Avtozavod qəsəbəsi və digər yaşayış massivlərində infrastruktur işləri həyata keçiriləcək. 

Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini hədəfə alan zaman yaşayış massivləri ciddi dağıntılara məruz qalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh