Gəncədə qeyri-qanuni sərnişindaşıma biznesi - VİDEO

Xəbərlər 27 Mart 2021 19:09 Oxunub 1130
Gəncədə qeyri-qanuni sərnişindaşıma biznesi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncədə avtovağzalın bir qədər kənarından kim necə gəldi ölkənin istənilən yerinə sərnişin daşıyır. Koronavirusla mübarizə istiqamətində heç bir tədbirə riayət olunmur, kiçik tutumlu avtomaşınlarla sərnişin daşınır.

Sərnişinlər isə bildirir ki, bacardıqları qədər təhlükəsizlik tədbirlərinə əməl etməyə çalışırlar. Ünvana çatanadək spirt, maska və digər qoruyucu vasitələrdən istifadə edirlər. 

Gəncə Beynəlxalq Avtovağzalında iritutumlu avtobuslar bir ildən çoxdur fəaliyyət göstərmir. Hər halda vəziyyət kifayət qədər paradoksaldır. Bir tərəfdən işləməyən avtobuslar, digər tərəfdən heç bir təhlükəsizlik tədbirlərinə əməl edilmədən daşınan sərnişinlər. Maraqlıdır ki, sözügedən vəziyyətə isə nəzarət edən qurum tapılmır. Qısası qeyri-qanuni sərnişin daşımasını həyata keçirənlər şərtləri də özləri müəyyən edir. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh