Gəncədə sənədsiz tikili söküldü - VİDEO

Xəbərlər 26 Sentyabr 2024 14:14 Oxunub 160
Gəncədə sənədsiz tikili söküldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Avtosfer.az nazirliyə istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Nəriman Nərimanov prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh