Gəncədəki bu qanunsuz tikili söküldü - VİDEO
Xəbərlər
22 Fevral 2025 17:42
Oxunub 436

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində, Yevlax-Gəncə avtomobil yolunun yaxınlığında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə qurum tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













